Modern.az

Erməni-amerikalı birgə hərbi təlimləri başlayıb

Erməni-amerikalı birgə hərbi təlimləri başlayıb

12 Avqust 2025, 17:29

Avqustun 12-də “Qartal tərəfdaşı-2025” adlı erməni-amerikan birgə təlimləri başlayıb.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasimində Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Quinn, yüksək rütbəli hərbçilər və qonaqlar iştirak ediblər.

Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistan Respublikasında “Qartal tərəfdaşı-2025” birgə erməni-amerikan təlimləri keçirilir.

Təlimlərdə Ermənistan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının, həmçinin Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Təlimlərin əsas məqsədləri bunlardır:

Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq;

İdarəetmə və taktiki kommunikasiya sahəsində ən yaxşı təcrübələri mübadilə etmək;

Ermənistan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin hazırlığını gücləndirmək.

Təlimlərə həmçinin tibbi evakuasiya prosedurlarına diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi