Modern.az

Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasına getməyəcək

Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasına getməyəcək

Aktual

13 Avqust 2025, 13:19

Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətdə olduğu üçün Avrasiya İttifaqı ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının avqustun 15-də Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Baş nazirin Mətbuat xidmətinin məlumatında bildirilib.

Xatırladaq ki, məzuniyyət onun Vaşinqtonda üçtərəfli danışıqlar aparmasına mane olmayıb.

Avrasiya Hökumətlərarası Şurasının iclasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın iştirak edəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?