Modern.az

Tramp-Putin görüşü 3 saat çəkdi - VİDEO+FOTO

Tramp-Putin görüşü 3 saat çəkdi - VİDEO+FOTO

Dünya

16 Avqust 2025, 02:33

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskanın Ankoriç şəhərində keçirilən görüş başa çatıb.

Modern.az-ın məlumatına görə, görüş üç saata yaxın çəkib

***

23:33

Tramp və Putin görüşü başlayıb.

Modern.az xəbər verir ki, liderlər hərbi bazada yan-yana əyləşiblər.

Onlar heç bir açıqlama verməyib və jurnalistlər otaqdan çıxarılıb.

***

23:12

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.

Modern.az xəbər verir ki, görüş Alyaskada keçirilir.

Liderlər danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlamaq üçün bir-birlərinə tərəf yönəliblər.

 

Xəbər yenilənir...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat