Modern.az

Rusiyada azərbaycanlı iş adamı yenidən saxlanıldı

Rusiyada azərbaycanlı iş adamı yenidən saxlanıldı

Dünya

16 Avqust 2025, 23:00

Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.

 

Modern.az bu barədə Rusiyanın teleqram kanallarına istinadən xəbər verir.

 

Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.

 

Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.

 

Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.

 

Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat