Modern.az

Krımı qaytarmaq mümkün deyil - TRAMP

Krımı qaytarmaq mümkün deyil - TRAMP

Dünya

18 Avqust 2025, 08:10

Ukrayna Prezidenti Zelenski istəsə, dərhal Rusiya ilə müharibəni dayandıra bilər, ya da mübarizəni davam etdirər.

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bunun necə başladığını xatırlayın. Obamanın 12 il əvvəl atəş açılmadan verdiyi Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişməz”,- deyə Tramp bildirib.

O, sabah Ağ Evdə böyük gün olacağını və heç zaman eyni vaxtda bu qədər çox Avropa liderinin Ağ evdə olmadığını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat