Modern.az

Nazirlər Kabinetində “Sovetski” ilə bağlı XÜSUSİ İCLAS keçiriləcək

Nazirlər Kabinetində “Sovetski” ilə bağlı XÜSUSİ İCLAS keçiriləcək

4 Mart 2014, 12:45


Nazirlər Kabineti bir-iki günə “Sovetski”nin sökülməsi ilə bağlı xüsusi iclası keçiriləcək. Modern.az bildirir ki, bu barədə Milli Məclisin sədri Oktay Əsədov bu günkü plenar iclasda açıqlama verib.

Millət vəklili İqbal Ağazadə çıxışında “Sovetski sakinlərinin söküləcək evlərinin müqabilində az pul veriməsindən narazılıq edib və məsələnin həll olunmasını təklif edib. Deputat höküməti kompensasiyaların miqdarına yenidən baxmağa çağırıb. “Heç olmasa evlərinin kvadratmetri az olanlara ev verilsin. Az miqdarda pul verməklə niyə  narazı kütlə yaradırılar? Bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edilməsini təklif edirəm”.

Bunun cavabında spiker məsələyə bu günlərdə Nazirlər Kabinetidnə baxılacağını vurğulayıb. “Heç kim oradan məcburi köçürülməyəcək. Biz Nazirlər Kabinetinin həmən iclasının nəticəsini gözləyirik. Lazım gələrsə, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik”.

 

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir