Modern.az

Putin görüşdən sonra onun zəngini gözləyir

Putin görüşdən sonra onun zəngini gözləyir

Dünya

18 Avqust 2025, 22:19

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə dolayısı ilə danışdığını deyib və əlavə edib ki, onunla daha sonra danışacaq.

Modern.az xəbər verir ki, bu barədə o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuat konfransında bildirib.

“Mən indicə prezident Putinlə dolayısı ilə danışdım və bu gün bu görüşlərdən dərhal sonra telefon danışığımız olacaq və üçtərəfli danışıqlar ola bilər, olmaya da bilər”.

Tramp əlavə edib ki, Putin “bu görüşü bitirəndə onun zəngini gözləyir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat