Modern.az

Belarus prezidentinin məşuqələri, bitməyən sevgi romanları, nikahdankənar oğlu - FOTOLAR

Belarus prezidentinin məşuqələri, bitməyən sevgi romanları, nikahdankənar oğlu - FOTOLAR

Reportaj

5 Mart 2014, 09:58

Lukaşenkonun sevgililəri arasında həm həkim var, həm də müğənnilər...

Allah ABŞ, Rusiya və Belarus prezidentlərini çağırıb deyir: “Cənab prezidentlər, bir ildən sonra dünyanın axırıdır”. Qayıdandan sonra Corc Buş Konqresdə xəbər verir ki, onun iki xəbəri var – biri yaxşı, ikincisi pis. Yaxşı xəbər odur ki, o Allahın yanında olub. Pis xəbər isə bir il sonra dünyanın axırının çatacağı ilə bağlıdır.
Vladimir Putin parlamentə iki pis xəbərlə gəlir: birincisi, hər şeyə rəğmən Allah var, ikincisi – tezliklə dünyanın axırıdır.

Aleksandr Lukaşenko yaxşı xəbərlərə qayıdır. Birincisi, o deyir, - məni Allah qəbul edib. İkincisi isə mən dünyanın axırına kimi Belarusu idarə edəcəyəm!”.

Bu, bir lətifə olsa da, fakt budur ki, Aleksandr Lukaşenko 20 ildən çoxdur Belarus prezidentidir. Bu illər ərzində qarşısına çıxan rəqiblərinin kürəyini yerə vurmağı bacaran, belarusluların “Batka” - ata dediyi prezident sevgi romanı yaşadığı sevgililərinin də kürəyini yerə vurmaqdadır.

Modern.az saytı Aleksandr Lukaşenkonun şəxsi həyatının qaranlıq məqamlarını diqqətinizə çatdırır.

Lukaşenkonun sevgi sarıdan da bəxti gətirib. Kolxoz sədrliyindən prezident kürsüsünə gəlib çıxan Batka deyəsən, belə getsə həqiqətən dünyanın axırınacan olmasa da, ömrünün sonunacan Belarusun prezidenti kimi qalacaq. Lukaşenko hətta yerinə varis də hazırlayır. Bu, indi 10 yaşı olan üçüncü oğlu Nikolaydır. Nikolayı dünyaya onun kəbinli arvadı yox, prezidentin vaxtilə şəxsi həkimi, həm də sevgilisi olan qadın gətirib...

“Başqa arvadlardan olan uşaqlarını gizlədən prezidentlər var”

“Bu, piar kampaniyası deyil. Nə olub, mən yeganə prezidentəm ki, uşaqlarım var? Onlar öz arvadlarından yox, başqa arvadlarından, daha kimlərdənsə olan uşaqlarını ictimailəşdirmək istəmirlər. Mən nə vaxtsa Putinlə uşaqla bağlı öz fikirlərini bölüşmüşəm, o deyib: “Aleksandr Qriqoryeviç, uşaqlar Allah vergisidir”. Bəli, uşaqlar Allahdan gələn vergidir. Burada utanmalı nə var ki? Bu, birincisi. İkincisi, beş il əvvəl, bu prezident seçkiləri kampaniyası ilə bağlı idi. Heç kimin mənim oğlumdan xəbəri yox idi. O vaxt bir yaşındaydı. Tanınmış siyasətçilərdən biri - arxivdən götürüb baxa bilərsiniz - məzəmmət etməyə başladı ki, mənim haradasa oğlum var. O heç bir tərəfdə deyildi. O həmişə mənim evimdə yaşayıb, o həmişə mənim yanımda olub. Onun cəmisi bir yaşı olanda, əlbəttə, mənim ona baxa bilmədiyim zaman daha çox anası qayğısına qalıb. Şayiələr yayılmağa başladı ki, prezidentin kimdənsə uşağı var və s. və i. Bundan sonra mənim Putinlə söhbətim oldu. Mən özümə söz verdim ki, heç bir halda bu uşağı gizlətmək olmaz – bu, həqiqətən Allahın hədiyyəsidir. O necə doğulub, bu necə olub – bu mənim şəxsi işimdir. Belə olub ki, uşaq doğulub da. Onun anası var, onun atası da var. Nəyə görə mən onu gizlətməliyəm?”.


“Mənim ailəm yoxdur, uşaqlarım var”

“Bir çoxları danışırlar ki, ailəsini dağıdıb. Hansı ailəni? Mənim ailəm yoxdur, mənim uşaqlarım var, onlar, balacasından böyüyünədək dövlətə xidmət edirlər. Bu mənim dövlətimdir. Mən onun birinci prezidentiyəm, mən istəyirəm ki, prezidentliyi elə göylərə qaldırım ki, sonra onu heç kim aşağı endirə bilməsin. Elə etmək istəyirəm ki, məndən sonra gələn pis iş edə bilməsin. Budur mənim işimin mənası".

Birinci ledilik qismət olmayan prezident arvadı


Belarus prezidentinin elə orijinal hərəkətləri var ki, dünyanın hər yerində bunun şahidi olanlar hətta heyrətlənirlər. Ancaq həyatının elə məqamlar da var ki, qətiyyən orijinal deyil. Bu, onun şəxsi həyatıdır. Bu həyatına görə Lukaşenkonu kişi kimi nümunə göstərmək çətindir. Çünki Belarus prezidenti o qədər hoqqabazlıqlar edib ki, nə qədər gizlətməyə çalışsa da, nəticəsi olmayıb. Bütün kişilərin həyatı eyni cədvəl üzrə gedir - iş, ailə, uşaqlar, sevgili... axı, prezident də hamı kimi insandır. Aleksandr Qriqoryeviçin qanuni arvadı Qalina Rodionovna Lukaşenko ən adi qadındır. Xeyirxahdır, həssasdır, əməksevərdir, ancaq, deyəsən, onun bəlkə də başlıca keyfiyyəti –dözümlülüyüdür. Bir sözlə, əsl sovet qadınıdır. Məhz belə bir qadın olaraq övladlarını dünyaya gətirib, onları böyüdüb, Lukaşenkoya da ər kimi həmişə sadiq olub. Ancaq

əri prezident seçkilərində qalib gələndə xanımını Minskə aparmaqdan imtina edib. Deyilənə görə, Qalina da kənddə qalıb yaşamağı, hətta prezident arvadı kimi inək sağmağa üstünlük verib. Digər məlumata görə, kənddəki uşaq bağçasının adi tərbiyəçisi olan Qalina Lukaşenkonun heç paytaxta getməyi istəyib-istəmədiyini ondan soruşan da olmayıb. Hökm onsuz verilibmiş. Beləcə, ona ölkənin birinci ledisi olmaq qismət olmayıb.

Aleksandr Qriqoryeviçin belə “kişiyana” davranışın səbəbi kadr arxasında qalsa da, amma cəsarətli adamlar deyiblər ki, Lukaşenko özünün sadə arvadını Minskə gətirməkdən utanıb.

“Varisim üçüncü oğlum olacaq”

Prezidentin üçüncü oğlunun dünyaya gəlməsi haqda şayiələr 2004-cü ilin payızından yayılmağa başlayıb. Məhz həmin vaxt İrina Abelskaya – Lukaşenkonun keçmiş şəxsi həkimi və həmin zaman prezidentin İşlər İdarəsinin tabeliyindəki respublika xəstəxanasının rəhbəri oğlan uşağı dünyaya gətirib. 2007-ci ilin aprelində Abelskayanı bu vəzifədən çıxarıblar, ondan sonra qadın məsləhətxanasındakı UZİ-də işləyir. Prezidentin üçüncü oğlu barədə yeni söhbətlər 2007-ci ildə, Lukaşenko Belarus KİV-nin rəhbərləri üçün mətbuat konfransı keçirəndə, gələcək prezidentlik perspektivləri ilə bağlı suala cavab verəndə qaldırılıb. O bəyan edib ki, varis kimi böyük oğlu Viktoru yox, ən balacasını hazırlayacaq: “Ən balacasını hazırlayacağam, unikal insandır”.


Məhz həmin vaxt Lukaşenkonun öz dilindən səslənib ki, onun üçüncü oğlu var.

Bundan bir qədər sonra həmin məsələ yenidən gündəmə gələndə jurnalistlərin sualını cavablandıran Lukaşenko deyib: “Hər yerdə söhbət gedir ki, guya bu təşkilat (söhbət “Belaya Rus” İctimai Birliyindən gedir) gələcək prezident üçün yaradılıb və bunun vasitəsilə böyük oğlum prezident olacaq. Mən artıq demişəm: kiçik oğlum Belarusun prezidenti olacaq”.

Aleksandr Lukaşenko kiçik oğlunu 2008-ci ildə üzə çıxarmağa başlayıb, ona elə hisslərlə yanaşıb ki, bu ata nəvazişinə bənzəyib. Əvvəlcə BELTA dövlət informasiya agentliyinin fotokameraları dövlət başçısını oğlanla aprelin 19-da respublika iməciliyində lentə alıblar, həmin gün oğlan dövlət başçısı ilə birlikdə prezidentin hokkey komandasının oyunu ərəfəsi buz üstünə də çıxıb.

Nikolay 2004-cü il avqustun 31-də anadan olub.


Batka haradan alınıb?

Mən özümü Batka adlandırmamışam, bunu mənim adıma yazmaq da lazım deyil. Bunun nə vaxt baş verdiyini də xatırlamıram, bu ironiya idi. Əgər Lukaşenkonun cəmi 28 yaşı vardısa, necə Batka ola bilərdi? Məni birinci dəfə 90-cı illərin ortalarında prezident seçərkən, ironiya ilə məni Batka adlandırıblar. Vacib deyil, cavan olmağım, mən axı prezident idim. Mənim ölkəni idarə etmək üçün təcrübəm də yox idi. Mən bu pilləni keçməmişdim, məni aşağıdan yuxarı atdılar. Bütün insanlar necə çalışdığımı gördülər, insanlar onlara ata kimi münasibətimi hiss etdilər. Həmin vaxt mən kifayət qədər bu ad üçün gənc idim. Məni ironiya ilə Batka adlandırmağa başladılar.

Lukaşenkoya şəxsi həkim axtarışı

Nikolay İrina Abelskayanın ikinci oğludur. Böyük oğlu Dmitri Abelski Belarus Dövlət Universitetinin müalicə fakültəsini bitirib. Onun atası Yevgeni də həkimdir. O, paytaxtdakı klinikalardan birində anestezioloq həkim işləyir. İrina və Yevgeni tələbə olarkən evləniblər. Amma nikah uzunmüddətli olmayıb. Tibb İnstitutunu bitirəndən sonra İrina əri ilə birgə 9-cu respublika klinik xəstəxanasında işləyiblər. Boşanandan sonra Abelskaya oğlu ilə tək qalıb. Ancaq o vətəni Brestə getməyib, Minskdə qalıb. 1990-1994-cü illərdə İrina endokrinoloq-məsləhətçi işləyib. 1994-cü ildə hətta kütlə arasında xarici görünüşü ilə heç nə fərqlənməyən adi qadının həyatı birdən-birə kəskin surətdə dəyişib. Belarusun birinci prezidenti Aleksandr Lukaşenkoya şəxsi həkim axtarışına başlanılıb.

Minskdəki bütün klinikalarda sərfəli namizəd axtarıblar. Prezident Administrasiyasında qərara gəliblər ki, bu vəzifəyə ərdə olmayan, 30 yaşında, yaxşı xarici görünüşü və uşağı olan qadın ideal namizəddir. Tamamilə gözlənilmədən İrina Abelskayanın seçimi edilib. 1994-cü ilin payızında təcili surətdə onu müalicə komissiyasına keçiriblər və ali dərəcəli həkim kimi endokrinoloji şöbəyə ştata götürüblər. Düzdür, o klinikada faktiki görünməyib. Amma həmin vaxtdan o hər yerdə, həmişə Aleksandr Qriqoryeviçi müşayiət edib. Bir neçə ay sonra səfərlərindən birində Lukaşenko onu jurnalistlərə təqdim edib: “İrina Stepanovna - mənim şəxsi həkimimdir”. “Belorusskaya delovaya” qəzeti yazıb ki, ölkənin həkim elitası həmin vaxt, ümumiyyətlə, İrina Abelskaya haqda heç nə bilməyib, onun haqqında dövlət başçısını müxtəlif səfərlərdə müşayiət edən jurnalistlər daha çox məlumatlı olublar.

Lukaşenkonun birinci İrinası


İrina Abelskayanı tanıyanlar onun mehriban, üzü gülümsər, dinməz (ola bilsin ki, bunun səbəbi nitqində qüsur olması ilə bağlı olub), qadın olduğunu bildirirlər. Şahidlərin sözlərinə görə, İrina Lukaşenkonun şəxsi həkimi olmasına baxmayaraq prezidentin mühafizə dəstəsini keçərək ehtiyacı olanlar “prezident çemodanından” sarğı və həb verirmiş. Onun hətta bir neçə dəfə belə məqamlarda özünün “yüksək vəzifəli pasiyentini” unudaraq insanlara yardıma tələsdiyini də qeyd edirlər. Məsələn, Azadlıq meydanında Aleksandr Lukaşenkonu gözləyən müharibə veteranlarından biri birinci şəxsə bu qədər yaxın düşə bildiyinə görə ürəyi gedəndə İrina təcili yardıma tələsib.  2011-ci ildə İrina Abelskaya prezidentin İşlər İdarəsinin “Respublika xəstəxanası”nın baş həkimi təyin olunub. Bir müddət sonra onun anası, Lyudmila Postoyalko səhiyyə naziri olub. İrina hər yerdə Lukaşenkonun yanındaydı, prezident özünə yaxın məmurlarla hər hansı məclisdə iştirak edirdisə, yenə İrina prezidentin yanında oturardı. 

Qısqanc sevgili

İrina digər qadınların Lukaşenkonun həndəvərində dolaşmasına qısqanclıqla yanaşırmış. Deyirlər ki, bir dəfə Lukaşenko yeni il qəbulunda nazirlərdən birinin arvadı ilə rəqs edərək əylənirmiş. İrina musiqinin dayanmasını gözləmədən cütlüyü ayırmaqdan çəkinməyib, bəyan edib ki, indi Aleksandrla rəqs etmək növbəsi onundur...

İrina həm də bir çox məmurlar üçün prezidentə zəruri məlumatları çatdırmaqda xüsusi rol oynayırmış. Məsələn, prezidentin işlər idarəsinin keçmiş rəhbəri İvan Titenkovun sözlərinə görə, o bir neçə dəfə Lukaşenkoya informasiyanı Abelskaya vasitəsilə ötürüb.

Lukaşenko sevgilisini ərə verib?

Aleksandr Qriqoryeviçin qadınlara böyük sevgisi olduğu da bildirilir. Hətta Kolya anadan olanda deyirdilər ki, yəqin, onun doğulması İrinanın Batkanı saxlaya bilməsi üçün son cəhdi ola bilər. Amma hər şey əksinə olub. Şayiələrə görə, oğlu anadan olandan sonra Lukaşenko İrinanı öz mühafizəçilərindən birinə ərə verib.  Bundan sonra prezident açıq şəkildə sevgi romanlarını davam etdirirmiş.

Prezidentin müğənni məşuqəsi


Lukaşenkonun növbəti məşuqəsinin Belarus müğənnisi İrina Dorofeyeva olduğu bildirilir. 2007-ci ildə mahnı teatrına gələn Batka şəxsən özü “İrina Dorofeyeva-Belarusun simasıdır” adlı dövlət proqramını imzalayıb. Müğənninin fotoları Minskin küçələrindən asılıb, paketlərin üzərində əks olunub. Digər məlumata görə, Dorofeyeva prezidenti Soçidə məzuniyyət keçirdiyi zaman da müşayiət edib, “Slavyan bazarı” zamanı Vitebskdə keçirilən prezident rezidensiyasında yaşayıb. Dorofeyeva 30 yaşı tamam olanda Lukaşenkoya mahnı həsr edib: “Mənim müqayisə edilməz, fövqəladə və xəyali mələyim”.

Dorofeyavanın Lukaşenkonun sevgilisi olduğunu bir çoxları ciddi qəbul etməsə də, bəzi faktlar bunun real olduğunu təsdiqləyir. Məsələn, çoxları düşünür ki, Belarusda populyar olmayan İrina Dorofeyavanın Prezident Administrasiyasının hamilyi sayəsində tez-tez milli televiziyada konsertlərinin yayımlanması məhz prezidentlə sevgi romanı yaşaması ilə bağlı olub.

Sayı-hesabı bilməyən sevgililər


Belarus prezidenti məşuqə məsələsində, belə getsə Ginnesin Rekordlar Kitabına düşəcək. Bunu zarafat hesab etməyin. Reallıq bunu iddia etməyə əsas verir.

2013-cü ildə Lukaşenkonun daha bir sevgilisinin 22 yaşlı olduğu iddia edilib. Onun 2008-ci ildən Belarus prezidentinin yanında olduğu, əvvəllər “Verasa” qrupunda oxuduğu, indi isə kinoya çəkildiyi və müğənni kimi tək çıxış etdiyi deyilir. Məlumatda qeyd edilirdi ki, martın 29-da Kupalovski teatrının açılışında Aleksandr Lukaşenkonun yanında cazibəli sarışın da olacaq. “Avroradio” onun çoxdan dövlət başçısının müğənni və aktrisa Marta Qolubevanın yol yoldaşı olduğunu bilirmiş. Marta Lukaşenko ilə ilk dəfə birlikdə 2008-ci ildə müstəqillik günündə görünüb. O vaxt qızın 18 yaşı tamam olub - o 1990-çı il iyunun 5-də doğulub.

Buna qədər gözəlçə fotoqrafların obyektivinə əfsanəvi “Verasa” ansamblının solisti kimi düşüb. İndi Martanın 23 yaşı var.


Marta “Avroradio”nun Lukaşenkonun necə yol yoldaşı olduğu ilə bağlı suala cavab verməkdən imtina edib.

Lukaşenkonun digər “qurbanı”, əgər yenə şayiələrə inansaq, müğənni Lika Yalinskaya olub. Çoxları bu qızı bir zamanlar Belarusda keçirilən birinci milli gözəllik müsabiqəsinin qalibi kimi xatırlayıblar. O həm də tanınmış müğənni Lev Leşenko ilə duet oxuyandan sonra populyarlaşıb. Heç kim şayiələrə təəccüblənməyib, hətta belə deyənlər də olub: “Ölkənin ən gözəl qızı kənddən gələn birinci oğlandan savayı kimə qismət olmalıdır ki?”


Lukaşenkoya yaxın olan qadınlardan biri də Lidiya Yermoşinadır, onu saxtakar və cinayətkar adlandıranlar da var: “O, Belarus siyasətində vacibdir, saxtakarlıq mexanizminə rəhbərlik edir, Lukaşenko onun dəstəyi ilə hakimiyyəti saxlayır və belə görüntü yaradır ki, onu xalq seçir”.

Lukaşenko sevgilisi ilə Yerevana gəlib


2013-cü ilin may ayının 14-də Aleksandr Lukaşenko Ermənistan paytaxtına səfərə gələndə Belarus nümayəndə heyətinin tərkibində siyasi təsisatların rəhbərləri, digər rəsmi şəxslər, biznesmenlərlə yanaşı, Batkanın sevgilisi də olub. Yaşı 22-25 arasında olan həmin qızın Qomeldə doğulan ixtisasca iqtisadçı İrina Prixodko olduğu bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü