Modern.az

Erməni əsgər yaralanıb

Erməni əsgər yaralanıb

Aktual

26 Avqust 2025, 10:00

Ermənistanda hərbçi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yaralanan hərbçi təcili əməliyyat olunub və Mərkəzi Klinik Hərbi Hospitala yerləşdirilib.

Onun hazırda xəstəxana həkimlərinin nəzarətində oluduğu və həyatı üçün təhlükə olmadığı bildirilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə avqustun 25-də Müdafiə Nazirliyinin hərbi hissələrindən birində baş verib. Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat