Modern.az

Azərbaycanlı futbolçu "Barselona" ilə müqavilə imzaladı

Azərbaycanlı futbolçu "Barselona" ilə müqavilə imzaladı

İdman

29 Avqust 2025, 22:17

İspaniyanın "Barselona" klubu ilk dəfə Azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə bağlayıb.

Modern.az bu barədə klubun açıqlamasına istinadən xəbər verir.

İbrahim Babaev "Barselona"nın gənclər komandasında (U17) çıxış edəcək.

O, bundan əvvəl İsveçrə "Servett"ində oynayıb.

İmza mərasimində "Barselona" gənclər heyətinin direktoru Soler Ferre və məşhur ispan futbolçusu Xose Ramon Aleksanko iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu