Modern.az

Jurnalistlər təlimatlandırılıb

Jurnalistlər təlimatlandırılıb

27 May 2010, 17:00

Modern.az saytı xəbər verir ki, bu gün «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Jurnalist tədris mərkəzinin yaradılması və fəaliyyətinin təşkili» layihəsi çərçivəsində “KİV-in hüquqi tənzimlənmə mexanizmləri” mövzusunda jurnalistlər üçün növbəti təlim kursu keçirib.

Öncə «Jurnalist tədris mərkəzinin yaradılması və fəaliyyətinin təşkili» layihəsinin koordinatoru Əvəz Rüstəmov iştirakçılara kursunun təşkili məqsədi, ümumilikdə layihə barədə məlumat verib. Onun sözlərinə görə, jurnalist peşəkarlığının artırılması məsələləri ictimai müzakirələrdə həmişə aktual səciyyə daşıyıb. Müxtəlif vaxtalarda ayrı-ayrı jurnalist təşkilatları, eləcə də beynəlxalq qurumlar və səfirliklər buna yönələn təşəbbüslər həyata keçiriblər. Lakin işlərin daha sistemli xarakter daşımasına ehtiyac duyulub. “Layihə mahiyyət etibarilə bu ehtiyacın ödənilməsinə hesablanıb. Bütün fəaliyyət Jurnalist tədris mərkəsi adlı ayrıca qurumun formalaşdırılması imkanlarının dəyərləndirilməsindən ibarətdir. Həmin mərkəzdə jurnalist peşəkarlığının artırılmasına yönələn müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur ki, bunlardan biri də kurslardır. Layihədə ilk olaraq məhz kursların təşkilinə üstı ünlük verilib”, - deyə o vurğulayıb. Kursların xüsusi hazırlanmış tədris planı əsasında aparıldığını deyən Ə.Rüstəmov mövzunun planını və reqlamentini elan edib.

Kursda məruzəçi qismində iştirak edən media hüququ üzrə ekspert Ələsgər Məmmədli iştirakçılara KİV sahəsində dövlət siyasətinin əsas istiqamətləri, mediaya vergi və digər güzəştlərin tətbiqi, dövlət, ictimai və özəl KİV anlayışları, Azərbaycanda KİV təsisi və əldə edilməsi, xarici hüquqi və fiziki şəxslərə qoyulan məhdudiyyətlər, KİV və mülkiyyət hüququ, qərb ölkələrində KİV-ə güzəştlər və digər məsələlər barədə ətraflı məlumat verib. O, dünya miqyasında KİV-lərin fəaliyyətinin hüquqi baxımdan dəyərləndirilməsinə və mətbuata qarşı məhkəmə iddialarına dair maraqlı faktlar açıqlayıb. Ekspert xüsusi olaraq KİV-in və ya jurnalistin ictimai əhəmiyyətli informasiyaları yaymaq hüququ üzərində dayanaraq vurğulayıb ki, bu zaman istər peşəkarlıq, istərsə də hüquqi baxımdan seçilən davranış tərzi yekun nəticə etibarilə şəxsi həyata müdaxilə səciyyəsi daşımamalıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər