Modern.az

Azərbaycandan göndərilən tələb Barak Obamaya çatdırılıb

Azərbaycandan göndərilən tələb Barak Obamaya çatdırılıb

Qarabağ

27 May 2010, 17:24

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də separatçı rejimin “seçki” keçirməsinə etiraz əlaməti olaraq dünyanın aparıcı dövlətlərinə, beynəlxalq qurumlara müraciət etmişdi. BAMF sədri Umud Rəhimoğlunun Modern.az-a verdiyi məlumata görə onların müraciəti artıq ABŞ prezidenti Barak Obamaya, dövlət katibi Hillari Klintona, bu ölkənin 5 konqresmeninə, BMT-yə və dünyanın bir sıra nüfuzlu qurumlarına çatdırılıb.

U.Rəhimoğlu ABŞ-ın Dövlət Katibi H.Klintonun administrasiyasından müraciətə gələn həftə cavab veriləcəyi barədə onlara məktub gəldiyini də deyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!