Modern.az

“İçərişəhər” qoruğu İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“İçərişəhər” qoruğu İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

5 Sentyabr 2025, 09:48

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İT sistemlərini “Hökumət buludu”na (G-cloud) köçürüb.

Modern.az-a bu barədə “AzInTelecom”dan bildirilib.

Qeyd edilib ki, İdarə informasiya sistemləri və ehtiyatlarını qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə Virtual server – IaaS (Infrastructure-as-a-Service) xidməti ilə təmin edilib. Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat