Modern.az

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

İdman

6 Sentyabr 2025, 11:13

İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.

Boks Federasiyasından Modern.az-a bildirilib ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Sübhan Mamedov (50 kiloqram) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kiloqram) Səidcəmşid Cəfərov (75 kiloqram) da mərhələ adlayıb. Mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada