Modern.az

Belçika Senatının fəxri prezidenti Heydər Əliyev Fondunda olub

Belçika Senatının fəxri prezidenti Heydər Əliyev Fondunda olub

27 May 2010, 19:23

Beynəlxalq Diaspora Mərkəzinin Məşvərət Şurasının sədri, millət vəkili Gülər Əhmədovanın və «Yes Azerbaijan» İctimai Birliyinin təşəbbüsü, eyni zamanda,  təşkilatçılığı ilə ölkəmizə səfər edən Belçika Senatının fəxri prezidenti Anna Mariya Lizin may ayının 26-da Heydər Əliyev Fondunda olub.
Qonaq A.M.Lizin, millət vəkili Gülər Əhmədova, Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filipp Jotard,  həmçinin «Yes Azerbaijan» İB-in üzvləri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat, həm də fotoşəkillərlə tanış olublar. Daha sonra qonaqlar H.Əliyevin həyatı haqqında qısametrajlı filmə baxış keçiriblər. A.M.Lizin Avropada Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu kimi tanındığını bildirib. Fəxri prezident Heydər Əliyevin tarixi şəxsiyyət kimi gələcək nəsillərə örnək olduğunu, onun barəsində məlumatların qorunub-saxlanılmasının vacibliyini qeyd edib.
Daha sonra A.M.Lizini, G. Əhmədovanı, Filipp Jotardı eləcə də İB üzvlərini xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib. Görüşdə Azərbaycan-Belçika əlaqələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Bu gün səfər çərçivəsində Azərbaycan Diplomatiya Akademiyasına gələn A.M.Lizin təhsil müəssisəsində mühazirə deyib. Bununla da A.M.Lizinin Azərbaycana 4 günlük səfəri başa çatıb.

Xatırladaq ki, Belçika Senatının fəxri prezidenti xanım A.M.Lizin səfərinin ilk günündə Qubadakı kütləvi məzarlığı da ziyarət edib. Səfər çərçivəsində fəxri prezident Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, milli təhlükəsizlik naziri Eldar Mahmudov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla da görüşüb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?