Modern.az

Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri: “Yanukoviç özünü çar hesab edirdi”

Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri: “Yanukoviç özünü çar hesab edirdi”

Dünya

7 Mart 2014, 18:19

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin mühafizə xidmətinin rəhbəri Vyaçeslav Zanevski bir sıra maraqlı açıqlama verib. Modern.az saytının Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, onun fikrincə, keçmiş prezidentin var-dövlətə marağı uşaqlıq komplekslərindən və həbsxana keçmişindən yaranıb.
Zanevskinin sözlərinə görə, Yanukoviçin ətrafındakı adamlar yanına pis xəbərlə getməkdən, yaxud nəyəsə görə irad bildirməkdən qorxublar, çünki onlar fiziki güc tətbiqi ilə üzləşə bilərdilər.
Zanevski 2008-ci ilin ortalarından 2012-ci ilin axırlarınadək dövlət başçısının təhlükəsizlik xidmətinin ştatdankənar şurasına rəhbərlik edib. O, keçmiş Rusiya vətəndaşıdır. Yanukoviçin keçmiş mühafizəçisi deyir ki, şefi inauqurasiyadan sonra dərhal dəyişib: “Onun ən böyük mənfi cəhəti özünü çar hesab etməsi idi. Çarla prezident arasındakı fərq isə ondadır ki, çar üçün hər şey pis ola bilməz”.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır