Modern.az

Ağ ev Ərdoğanın Gülənlə bağlı dediklərini təkzib etdi

Ağ ev Ərdoğanın Gülənlə bağlı dediklərini təkzib etdi

Dünya

8 Mart 2014, 12:50

 

 

 

 

 

 

 

Ağ ev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Barak Obama ilə telefon danışığında Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini xahiş etməsi ilə bağlı məsələyə münasibət bildirib. Məlumata görə ABŞ dövlət başçısının  bu istəyə müsbət yanaşması barədə deyilənlər həqiqəti əks etdirmir.  Musavat.com-un “Cihan”a istinadən verdiyi məlumata görə, Ağ Ev təmsilçisi Maqnuson bəyan edib ki, Barak Obama Rəcəb Tayyib Ərdoğanla fevralın 19-dakı telefon danışığında “Mesaj alındı” deməyib: “Prezident Obamaya Fətullah Gülənlə bağlı aid edilən cavab həqiqəti əks etdirmir”

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Barak Obamaya “ölkəmizdəki narahatlığın qaynağı ordadır və sizdən lazım olan addımları gözləyirəm” dediyini bildirib. Baş nazirin sözlərinə görə, Barak Obama “Mesaj alındı” cavabını verib.

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür