Modern.az

Ağdamda məktəbli qıza cinsi zorakılıq edildi - 4 nəfər TUTULDU

Ağdamda məktəbli qıza cinsi zorakılıq edildi - 4 nəfər TUTULDU

Hadisə

10 Sentyabr 2025, 11:05

Ağdamın Yuxarı Yüzbaşılı kəndində 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığı barədə xəbərlər yayılıb.

Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən dörd nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?