ABŞ prezidenti Donald Tramp və 1-ci ledi Melaniya Trampın oğlu, 19 yaşlı Barron Tramp Ağ Evə köçüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Barron Tramp hazırda tələbə həyatını “birinci oğul” rolu ilə birləşdirərək Ağ Evdə yaşayır.
Barron Nyu-Yorkdakı nüfuzlu Stern Biznes Məktəbində oxuyur və indiyə kimi Manhettendəki Trump Tover-də yaşayırdı. O, birinci kursdan sonra Nyu York Universitetinin Vaşinqton filialına köçüb. İndi gənc Tramp valideynləri ilə daha yaxın ola və təhsilini ABŞ-ın paytaxtında davam etdirə biləcək.
Nyu York Universitetinin Vaşinqton filialı siyasət, iqtisadiyyat, tarix, jurnalistika və hökumət üzrə kurslar təklif edərək hər semestrdə cəmi 120 tələbə qəbul edir. Belə seçim xüsusilə simvolik görünür, çünki Donald Trampın özü bu yaxınlarda oğlunun siyasətlə maraqlandığını etiraf edib. "O, çox hündürboy, cazibədar oğlan və əla tələbədir. Bəli, o, siyasəti çox sevir. Bu, hətta bir az gülməlidir", - prezident qeyd edib.
Bu arada birinci xanım Melaniya Tramp siyasi və ictimai həyatda fəal iştirak edir. pornoqrafiyaya qarşı qanunları təbliğ edir, məktəbdə AI təşəbbüsləri ilə məşğul olur.