28 May Respublika Günü münasibətilə Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin-Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Təyyarəçilik, Ali Hərbi Dənizçilik məktəblərinin və C.Naxçıvanski adına Hərbi Liseyin kursant və müdavimləri Bakının mərkəzi küçələrindən nizami hərbi keçid ediblər.
Daha sonra kursant və müdavimlər Azadlıq meydanında hərbi marşın sədaları altında tribunanın qarşısından keçiblər.
Bakı şəhərinin sakinləri hərbi keçidi maraq və coşqu ilə izləyiblər.