Modern.az

Özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır

Özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır

Parlament

10 Sentyabr 2025, 16:04

Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri əlavə edib ki, layihə ya 2025-ci il payız sessiyasında, ya da 2026-cı ilin yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.

“Hazırda mövcud olan qanunvericiliyə görə, sosial sığorta icbari məsuliyyət daşıyır, pensiya növlərindən biri hesab olunur. Bu, ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasıdır. Hazırda bu, öz həllini tapıb”, - deyə M.Quliyev vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?