Modern.az

Delimitasiya və demarkasiya ilə bağlı yeni xəbərlər ola bilər

Delimitasiya və demarkasiya ilə bağlı yeni xəbərlər ola bilər

Dünya

10 Sentyabr 2025, 18:58

"Azərbaycanla yolların açılması, o cümlədən delimitasiya və demarkasiya məsələləri üzərində işləyirik və bu istiqamətdə yeni xəbərlər ola bilər".

 

Modern.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

 

Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələrin şahidi olmağın vaxtı çatıb:

 

"Biz kommunikasiyaların açılması üzərində işləyirik. Bir çox texniki məsələlər üzrə danışıqlar aparmaq lazımdır. Kommunikasiyaların açılmasına nail olmaq bizim maraqlarımıza uyğundur", - deyə Mirzoyan qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir