Modern.az

Maşınlar toqquşub körpüdən aşdı

Maşınlar toqquşub körpüdən aşdı

Hadisə

10 Sentyabr 2025, 20:48

Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun üzərində yerləşən körpüdə baş verib.

 

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Toqquşmadan sonra avtomobillər körpüdən dərəyə aşıb.

 

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. (Mənbə - Apa)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat