Modern.az

Trampın yaxın tərəfdarına sui-qəsd

Trampın yaxın tərəfdarına sui-qəsd

Dünya

10 Sentyabr 2025, 23:27

ABŞ-da tanınmış sağçı aktivist və "Turning Point USA" təşkilatının icraçı direktoru Çarli Kirk debat zamanı silahlı hücuma məruz qalıb.

Modern.az xəbər verir ki, hadisə Utah Valley Universitetində baş verib.

Universitet rəhbərliyi tələbələrə göndərdiyi bildirişdə şübhəlinin saxlandığını açıqlayıb. Rəsmi məlumata görə, insidentdə yalnız Kirk yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə naməlum şəxsin Kirki boyun nahiyəsindən vurduğu anlar əks olunub. "Fox News" onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.

Universitet polisinin nümayəndəsi də kampus ərazisində atəş açıldığını təsdiqləyib. Hadisə ilə bağlı FBI araşdırmaya başlayıb.

Hücum ABŞ siyasətində rezonans doğurub. Müdafiə naziri Pit Heqset, vitse-prezident Cey Di Vens və digər respublikaçılar Kirki dəstəkləyən açıqlamalar veriblər.

Prezident Donald Tramp “Truth Social” hesabında yazıb: “Biz hamımız Çarli Kirk üçün dua etməliyik. O, möhtəşəm bir insandır. Tanrı onu qorusun!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?