Modern.az

Tovuzda ağır qəza - yaralılar var

Tovuzda ağır qəza - yaralılar var

Hadisə

11 Sentyabr 2025, 00:16

Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Bakı - Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində, Əlimərdanlı kəndinə gedən körpünün üzərində qeydə alınıb.

“Toyota” markalı avtomobillə “Opel” toqquşub. Hadisə nəticəsində hər iki avtomobil yol kənarındakı qoruyucu səddi yararaq yoldan kənara aşıb. Sürücülər, Tovuz şəhər sakini 36 yaşlı Zaur Mehdiyev və rayonun Cəlilli kənd sakini 23 yaşlı Ağasif Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?