Modern.az

Naxçıvanda ağır qəza - Xəsarət alanlar var

Naxçıvanda ağır qəza - Xəsarət alanlar var

Hadisə

11 Sentyabr 2025, 10:10

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda avtomobil qəzası olub, üç nəfər xəsarət alıb.

Modern.az-ın məlumatına görə, hadisə Naxçıvan-Ordubad magistral yolunda baş verib.

Qəza zamanı 72-BF-163 dövlət nömrə nişanlı "VAZ 2107" və 67-AA-032 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Novruzov Orxan Nüsrət oğlu, Əkbərov Səfər Mahmut oğlu və 1989-cu il təvəllüdlü Rzayev Rahib Elxan oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat