Modern.az

3 kq narkotiki şüşə bankalarda gizlədən şəxs saxlanıldı

3 kq narkotiki şüşə bankalarda gizlədən şəxs saxlanıldı

Aktual

11 Sentyabr 2025, 12:34

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, ondan 44 ədəd şüşə qabda qablaşdırılmış 3 kiloqrama yaxın olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi