Modern.az

Ən çox şikayət edilən sığorta şirkətləri - Birinci yerdə "Atəşgah Sığorta"dır

Ən çox şikayət edilən sığorta şirkətləri - Birinci yerdə "Atəşgah Sığorta"dır

İqtisadiyyat

11 Sentyabr 2025, 14:52

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Atəşgah Sığorta” ASC (1.42 indeksi ilə) olub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, sığorta şirkəti bu ilin aprel ayından etibarən şikayət indeksi üzrə liderdir. Belə ki, bu ilin aprel ayı ilə müqayisədə sığorta şirkətinin şikayət indeksi 0.21 bənd artıb.

Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında "AtaSığorta" ASC 1.28 indeksi ikinci olub və qırmızı zolaqda qərarlaşıb.

Sarı zolaqda yer alan “Xalq Sığorta” isə 1.02 indeksi ilə siyahıda üçüncü olub. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə