Modern.az

Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsi

Güney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsi

Aktual

11 Mart 2014, 09:27

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda ötən həftəylə bağlı həftəlik icmalı


Ötən həftə Güney Azərbaycan və İranda ictimai-siyasi durum əsasən son günlərdə 21 fevral beynəlxalq ana dili günü ərəfəsində iran rejimi tərəfindən 200 nəfərə yaxın  milli fəalların həbsi və İran rejiminin qərb dövlətlərilə nüvə müzakirələri gündəmin əsas mövzusu oldu. Beləki, Güney Azərbaycan milli hərəkat fəalı Behnam Şeyxinin tutulduğu barədə məlumat yayılıb. 

Həbsdə olan tanınmış Güneyli bəstəkar bacısının yasına buraxılmayıb

Məhbus təbrizli bəstəkar Həsən Dəmirçi bacısının yasına buraxılmayıb. Azərbaycan milli musiqisi uğrunda apardığı dinc fəaliyyətinə görə 4 aydan çoxdur həbsdə saxlanan 72 yaşlı Həsən Dəmirçiyə (Həsənağa Azərbaycan) qarşı psixi təzyiqlərin davam etdiyi bildirilir.
Təbrizin mərkəzi zindanında saxlanan Həsən Dəmirçinin ailə üzvləri ilə görüşünə maneə törədilir, yenicə vəfat etmiş bacısının dəfn mərasimində iştirakına icazə verilməyib. Ağır şəraitdə saxlandığı bildirilən, yaşının çoxluğuna görə bir neçə xəstəlikdən əziyyət çəkən azərbaycanlı bəstəkarın müxtəlif psixi təzyiq və təhqirlərə məruz qoyulduğu bildirilir.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Həsən Dəmirçini 2013-cü il noyabrın 4-də səhər tezdən evində tutub aparıblar.

Azərbaycan milli kimliyinin və milli musiqisinin təbliği uğrunda apardığı dinc fəaliyyətə görə Həsən Dəmirçi indiyədək bir neçə dəfə tutulub. 2013-cü ilin iyulunda onun məhkəməsi keçirilmişdi. Təbriz məhkəməsi Həsən Dəmirçini Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirli bilərək 6 ay müddətinə həbsə məhkum etmişdi.

İran Kəşfiyyat Nazirliyinin Tehranın yaxınlığındakı Gülüstan şöbəsinin əməkdaşları Behnam Şeyxini martın 5-də iş yerində tutub bilinməz istiqamətə aparıblar. İş yerində yoxlama aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Azərbaycanlı fəalın hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.

Fəal bundan əvvəl bir neçə dəfə tutulsa da, mülk girovu qarşılığında azadlığa buraxılıb.

Tanınmış Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Əhər zindanından mülki girov qarşılığında sərbəst buraxılıb.
Həbsdə olduqu müddətdə aclıq aksiyası keçirən fəal 13 gün saxlanıldıqdan sonra 1 milyard riallıq (30 min dollar) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Martın 5-i azadlığa buraxılan milli-mədəni fəal fevralın 20-də 100-ə yaxın milli-mədəni fəalla birlikdə tutuqlanmışdır. Fəallar 21 Fevral-Dünya Ana Dili Gününü qeyd etmək məqsədi ilə Güney Azərbaycanın Əhər şəhərində azərbaycanlı fəallarından birinin evində toplaşıb və mərasim keçirmək istəmişdilər.

Bununla yanaşı İran rejiminin Güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artmaqda davam edir.
Son günlərdə kütləvi həbslər məsələsi hələ gündəmdə olduğu bir halda, iki Güney azərbaycanlı fəalın iş yerləri rejim məmurları tərəfindən bağladılıb. Tikantəpənin təhlükəsizik idarəsinin məmurları ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin göstərişi əsasında Əli Hidayəti və Yədullah Dəştinin (Elman) iş yerlərini möhürləyib. Hər iki mağazanın möhürlənməsi son günlərdə və eyni zamanda baş verib. Təhlükəsizlik orqanı bunu sənədlərin çatışmamazlığı ilə izah etsə də, bunun yalan olduğu kimsədə şübhə doğurmur. Məlumata görə, Əli Hidayətinin mağazası bir neçə gün sonra açılıb, lakin Yədullah Dəştinin mağazası hələ də möhürlüdür.
Qeyd edək ki, Yədullah Dəşti fevralın 22-də Əli Hidayəti isə fevralın 2-də zindana intiqal edilib. Bundan öncə Mahabadın inqilab məhkəməsi qondarma ittihamlarla Yədullah Dəştini 6 və Əli Hidayətini 5 ay həbs cəzasına məhkum edib.

Dünya Ana Dili Günü ərəfəsində tutulan Səccad Əfruzan Marağa zindanından mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Fevralın 2-də tutuqlanan fəal martın 5-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Azərbaycanlı fəal sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Qeyd edək ki, adını çəkdiyimiz fəal fevralın 2-də Kərim Fəyyazi ilə birlikdə Güney Azərbaycanın Məlikan şəhərində tutuqlanıb 2 gün polis bölməsində saxlanıldıqdan sonra Marağa zindanına sonra isə Məlikanın Iran kəşfiyyat nazirliyi idarəsinin təknəfərlik kamerasına intiqal edilmişdir. O fevralın 25-də yenidən Marağa zindanına köçürülmüşdür.
Xatırladaq ki, azərbaycanlı fəal saxlanıldığı müddətdə aclıq aksiyasına da əl atmışdır.

Məhbus təbrizli bəstəkar Həsən Dəmirçi bacısının yasına buraxılmayıb. Azərbaycan milli musiqisi uğrunda apardığı dinc fəaliyyətinə görə 4 aydan çoxdur həbsdə saxlanan 72 yaşlı Həsən Dəmirçiyə (Həsənağa Azərbaycan) qarşı psixi təzyiqlərin davam etdiyi bildirilir.
Təbrizin mərkəzi zindanında saxlanan Həsən Dəmirçinin ailə üzvləri ilə görüşünə maneə törədilir, yenicə vəfat etmiş bacısının dəfn mərasimində iştirakına icazə verilməyib. Ağır şəraitdə saxlandığı bildirilən, yaşının çoxluğuna görə bir neçə xəstəlikdən əziyyət çəkən azərbaycanlı bəstəkarın müxtəlif psixi təzyiq və təhqirlərə məruz qoyulduğu bildirilir. İran Kəşfiyyat Nazirliyinin Təbriz şöbəsinin əməkdaşları Həsən Dəmirçini 2013-cü il noyabrın 4-də səhər tezdən evində tutub aparıblar.

Azərbaycan milli kimliyinin və milli musiqisinin təbliği uğrunda apardığı dinc fəaliyyətə görə Həsən Dəmirçi indiyədək bir neçə dəfə tutulub. 2013-cü ilin iyulunda onun məhkəməsi keçirilmişdi. Təbriz məhkəməsi Həsən Dəmirçini Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirli bilərək 6 ay müddətinə həbsə məhkum etmişdi.

Saxlanılan azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə zəmanətə buraxılıb.
21 Fevral-Dünya Ana Dili Günündən bir gün öncə yaxalanan fəal martın 3-də Əhər zindanından azadlığa buraxılıb. Bir gün öncə isə Ə.Əkbərzadə ilə birlikdə tutulanlardan bir neçəsi sərbəst buraxılıb. Səid Məhəmmədi, Beytullah Bərzgəri, Vəhid Faizpur, Rəhim Qulami, Fərdin Muradpur, Saleh Molla Abbasi, İbrahim Nuri, Ruzbeh Səadəti, Abbas Nəzəri və Rəhim Qulami zəmanət qarşılığında azad edilib.

Bu arada Urmiya Universitetində minlərlə tələbə etiraz aksiyası keçirib.

Güney Azərbaycan milli hərəkatından davam.az saytına daxil olan məlumata görə, buna səbəb 24 yaşlı tələbə Şeyda Hatəminin qətlidir.Tələbələr İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) ali təhsil müəssisəsindəki bölməsi (“Hərasət”) tərəfindən azərbaycanlı xanımın qətlinin intihar faktı kimi qələmə verilməsidir. Halbuki şahidlər bunun yalan olduğunu söyləyirlər, hətta tibbi ekspertiza da hadisənin qətl olduğuna dair rəy verib.Minlərlə tələbə olaraq Urmiya Universitetinin mərkəzi qərargahının binası qarşısında toplaşaraq, “İntihar yalandır, Şeyda günahsızdır!”, ““Hərasət” boş şeydir, istəmirik, istəmirik!”, “Şeyda bizik!” və s. şüarlar səsləndirib, azərbaycanlı tələbənin qətlinə laqeyd yanaşılmasını pisləyiblər.Qeyd edək ki, Ş.Hatəmi Urmiya Kənd Təsərrüfatı Mühəndisliyi Universitetində geologiya ixtisası üzrə magistr təhsili alırdı. Azərbaycanlı tələbə günorta saatlarında “Bint əl-Xoda” yataqxanasının qarşısında boğularaq öldürülüb.

Güney Azərbaycanlı Yazıçı, jurnalist, rejissor və tanınmış milli-mədəni faal Muctaba Musəvi yenidən İran Kəşfiyyat Nazirliyi idarəsinə çağırılıb.
Tehranın Əkbərabad məntəqəsində Fevralın 21-də Dünya Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə tutulan fəal vəsiqə qarşılığında sərbəst buraxıldıqdan sonra ikinci dəfə olaraq Tehranın Baharistan məntəqəsinin ETTELAAT idarəsinə çağırılıb.
3 dəfə sorğu-suala tutulan fəal Qaradağ zəlzələ bölgəsinə yardım etmək və bu zəmində sənədli film çəkmək, mətbuat sahəsində aktiv olmaq və s. Kimi məsələlərə görə pantürkizmdə ittiham olunub.
M.Musəvi Dünya Ana Dili Günü keçirilən mərasimdə çoxsaylı digər fəallarla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və Baharistanın təhlükəsizlik polis bölməsinə aparılmışdır.
Təhlükəsizlik qüvvələri fəalı yaxalarkən gözyaşardıcı qaz və batumdan (polis dəyənəyi) istifadə ediblər. Onlar adını çəkdiyimiz fəalı ağır şəkildə döyüb və nalayiq sözlərlə təhqir etməyə çalışıblar. Astma xəstəliyindən əziyyət çəkən fəalın vəziyyəti qözyaşardıcı qazla tənəffüs edincə pisləşib. Bu hadisədən sonra və aldığı yumruq və təpik zərbələri nəticəsində onun sidiyində qan müşahidə olunub və tənəffüsündə ciddi problemlər yaşanıb. Həmçinin fəalın xanımı da ürək xəstəliyindən əziyyət çəkir və bu hadisənin baş verdiyinə görə yenidən ürək ağrısı ilə üzləşib.

İran rejimi Azərbaycan türk millətinin milli-mədəni hüquqları uğrunda mübarizə aparan fəalları sıxışdırıb səhnədən çıxarmağa çalışır. Tanınmış azərbaycanlı fəal Hüseyn Nəsiri toy mərasimi keçirmək üçün çoxlu problemlərlə üzləşib.Məlumata görə, H.Nəsirinin təhlükəsizlik qüvvələrinin təzyiqləri altına keçirmək istədiyi mərasim istədiyi kimi həyata keçirilməyib. Məmurlar milli-mədəni fəalın keçirmək istədiyi şadlıq sarayının sahibinə təzyiq edib onu və həmin yerin bağlanacağı ilə təhdid ediblər. Nəticədə şadlıq sarayının sahibi mərasimin keçirilməsinə icazə verməyib və H.Nəsiri toya dəvət etdiyi qonaqları məcburən evdə qarşılamalı olub. Lakin məmurların təzyiqləri bununla da məhdudlaşmayıb. Polis rəisi bir neçə məmurla evə müracit edib və bəyan edib ki, onun məhkəmədən hökmü var və evə daxil ola bilər. O, həmçinin İran Kəşfiyyat Nazirliyi idarəsinində bu barədə göstəriş olduğunu bildirib. Polis rəisi qonaqları həbs edə biləcəyi ilə bağlı da xəbərdarlıq edib. Qeyd edək ki, İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqi ildən-ilə artır. Bu təzyiqlər Həsən Ruhaninin hakimiyyət dövrü biraz da artıb.

Hökumət rəsmisindən Urmiyə zindanı ilə bağlı etiraf

Qərbi Azərbaycan Valiliyinin rəsmisi Urmiyə zindanında xidmətlərin keyfiyyətinin aşağı səviyyədə olduğunu etiraf edib.

Mürtəza Azadi Urmiyənin Mərkəzi Zindanına baxış keçirərək məhbusların sayının azaldılmalı olduğunu vurğulayıb və xidmətlərin keyfiyyətinin artırılması zərurətinə təkid edib.

Mütəxəssislərin fikrinə görə, Güney Azərbaycanda zindanlarda xidmətlərin keyfiyyəti olduqca aşağıdır və rejim qəsdən məhbusları, xüsusilə günahsız olaraq yaxaladığı azərbaycanlı milli-mədəni fəalları daha artıq əziyyət etmək üçün onları narkoman və təhlükəli cinayətkarlarla bir yerə salır.

Urmu gölünü dirçəltmə qurumunun məsulu bəyan edib ki, “biz özümüz gölü qurutduq və bunu təbiətin boynuna qoymaq lazım deyil”.
İsa Kəlantəri Beynəlxalq yer elmləri və Urmu gölünün nicatı qurultayında deyib:
“İnsanların tamahkarlığı Urmu gölünün quruması ilə nəticələnib , ona görə də bunu təbiətin boynuna yükləmək doğru deyil. Problem bizdədir və məcburuq istnilən yolla gölü qurtaraq.
Azərbaycanın gölsüz (Urmu gölü) və İranın da Azərbaycansız mənası yoxdur. Urmu gölünün qurtarmaq üçün bütün vasitələrdən istifadə etməliyik. Cənab Ruhani də millətə söz verib ki, onun birinci göstərişi Urmu gölünün qurutarlması ilə bağlı olacaq. O həmçinin bildirib ki, mənim üçün vəsait (büdcə) önəmli deyil, önəmli olan gölün nicat tapmasıdır.
Biz bu böhranı aradan qaldırmaq üçün birləşməliyiq və diqqətli olmalıyıq ki, keçmişdəki səhvlər təkrar olmasın. Əgər Urmu gölü qurusa 5 milyon insan bölgədən köçməlidir, Bu isə olduqca böyük problemdir.”
Qeyd edək ki, beynəlxalq yer elmləri və Urmu gölünün nicatı ilə bağlı qurultay 1-ci gün fəaliyyətə başlayıb. Urmiyə universitetində keçirilən Qurultayda daxili və xarici mütəxəssislər (Almaniya, Amerika, Bekçika və Türkiyə) iştirak edir.

Amnesty İnternational Iran rejimindən gənc bloqçunun azadlığa buraxılmasını tələb edib

 “Amnesty İnternational” beynəlxalq təşkilatı bəyanat yayaraq iranlı gənc bloqçu, tələbə və siyasi fəal Məryəm Şəfipurun 7 illik həbs cəzasının ləğv olunmasını, onun dərhal azadlığa buraxılmasını tələb edib.

Bəyanatda deyilir ki, Məryəm Şəfipur yalnız apardığı dinc siyasi fəaliyyəti səbəbindən həbsə salınıb: “Bir tələbənin məhz dinc siyasi görüşlərinə və məhbus bir siyasətçiyə verdiyi dəstəyə görə 7 il həbsə məhkum edilməsi inanılmazdır. Biz İran rəsmilərindən Məryəm Şəfipura verilən 7 illik həbs cəzasını ləğv etməyi, onu qeydsiz-şərtsiz azadlığa buraxmağı və onun ali təhsilini davam etdirilməsinə şərait yaradılmasını istəyirik”. İranın Qəzvin şəhərindəki Beynəlxalq Universitetin tələbəsi olan bloqçu Məryəm Şəfipur 2009-cu ildə prezidentliyə müxalif namizədlərdən olmuş Mehdi Kərrubinin seçki qərargahının üzvü olub. O, 2013-cü ilin avqustunda tutulub. Tehran məhkəməsi Məryəm Şəfipuru İran İslam Respublikasına qarşı təbliğat aparmaqda, qanunsuz saytlarla əməkdaşlıqda təqsirli bilib.

Məhəmməd Cavad Zərif: İranla altılıq ölkələri arasında yekun razılaşma bütün sanksiyaların aradan qaldırılmasından keçir

“Biz Ukraynadakı vəziyyətdən çox narahatıq”.Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, İran məsələnin dinc yolla öz həllini tapacağına və bölgədə vəziyyətin daha da böhranlı həddə çatmasının qarşısının alınacağına ümid edir: “Çünki bölgə çox həssas bölgədir”.

M.C.Zərif həmçinin deyib ki, İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın həlli bütün sanksiyaların aradan qaldırılmasından keçir: “Əgər “altılıq” ölkələrində yaxşı niyyət və siyasi iradə olsa, həmçinin Cenevrə razılaşmasına uyğun olaraq yanvarın 20-dən qüvvəyə minmiş Birgə Fəaliyyət Proqramına riayət edilsə, bu ilin iyul ayının sonlarınadək yekun razılaşmanın əldə olunması üçün yaxşı şərait mövcuddur. Əsas məsələ İran xalqının etimadını doğrultmaq və onların hüququna hörmət bəsləməkdir. Belə olduğu təqdirdə, İranda sülh məqsədli nüvə proqramının icrası, bütün sanksiyaların ləğv edilməsi və mövcud narahatlığın aradan qaldırılması mümkündür. Bu yol məntiqli bir yoldur və bizim düşüncəmiz tamamilə qəbulediləndir”.

Qərb İranı nüvə proqramı ilə bağlı tam izahat verməyə çağırıb

ABŞ və Qərb ölkələri martın 5-də İranı nüvə proqramı ilə bağlı tam izahat verməyə çağırıb.

Onlar bunu İranın nüvə məsələsinin həlli üçün əsas açar hesab edirlər. Qərb bunu İranın nüvə silahı istehsal edib-etməməsini öyrənmək üçün istəyir.

ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Cozef Makmanus AEBA İdarə Heyətinin iclasında çıxışı zamanı bildirib ki, İran nüvə proqramının mümkün hərbi ölçüləri ilə bağlı dünya ictimaiyyətinin narahatlığını aradan qaldırmalıdır: “Bu məsələnin həlli üçün uzunmüddətli nüvə razılaşmasına nail olmaq çox vacibdir”.

Eyni zamanda Avropa Birliyinə üzv 28 ölkə İranın nüvə proqramı ilə bağlı birgə bəyanatla çıxış edib. Sənəddə İrandan nüvə proqramının mümkün hərbi ölçülərinin aydınlaşdırılması üçün rəsmi Tehranın AEBA ilə tam əməkdaşlıq etməsi və bütün sənədlərə, obyektlərə və şəxslərə çıxış imkanı üçün icazə verməsi tələb olunur.

İran altılıq ölkələri ilə yekun razılaşma üçün öz şərtlərini açıqlayıb

Məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Rza Nəcəfi martın 6-da qurumun İdarə Heyətinin yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəsmi Tehranın “altılıq” ölkələri ilə yekun razılaşmanın əldə olunması üçün üç mühüm şərti var: “Birincisi, İranın nüvə məsələsi BMT Təhlükəsizlik Şurasının və AEBA İdarə Heyətinin gündəliyindən çıxarılmalıdır. İkincisi, bütün sanksiyalar aradan qaldırılmalıdır. Nəhayət, üçüncüsü, nüvə sahəsində beynəlxalq əməkdaşlıq olmalıdır”.

R.Nəcəfi vurğulayıb ki, İran nüvə silahı istehsal etməyəcək, habelə dünya ictimaiyyəti və agentlik qarşısında götürdüyü öhdəliklərə əməl edəcək.

ABŞ prezidenti Barak Obama martın 2-də jurnalistlərə açıqlamasında Qərbin İranla apardığı nüvə danışıqlarından və Tehrana qarşı hazır hərbi seçimdən söz açıb.

Obama deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun İrana sanksiyaların gücləndirilməsi təklifini rədd edib: “ABŞ hökumətinin indiki mövqeyi İrana qarşı sanksiyaların gücləndirilməsi yox, bu ölkənin nüvə probleminin dinc yolla həlli üçün danışıqların davam etdirilməsidir. Bununla belə, İrana qoyulan sanksiyaların 95 faizi qüvvədə qalır”.

Obama Tehranla nüvə danışıqları nəticə verməyəcəyi təqdirdə İrana qarşı bütün seçimlərin masa üzərində olduğunu da bildirib: “Hazırda ABŞ hərbi qüvvələrinin 35 min əsgəri bölgədə hərbi təlimlə məşğuldur. İranın özü də ABŞ hərbi qüvvələrinin bölgədə olmasının nə anlama gəldiyini yaxşı dərk edir, bunu ciddiyə alır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir