Modern.az

Hidayət Abdullayevə müşavir təyin edildi

Hidayət Abdullayevə müşavir təyin edildi

İdman

12 Sentyabr 2025, 11:28

Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub.

Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Şahin Kazımzadə qurumun prezidentinin müşaviri təyin edilib.

1978-ci ildə Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, Azərbaycan Televiziyası (AZTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.

Qeyd edək ki, Komitənin prezidenti əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevdir.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir