Modern.az

Bakıda 35 min manatlıq dələduzluq - 3 nəfər saxlanıldı

Bakıda 35 min manatlıq dələduzluq - 3 nəfər saxlanıldı

Aktual

12 Sentyabr 2025, 14:22

Polis paytaxtda 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki. Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi