Modern.az

Amerikalı həmsədrdən növbəti açıqlama: “Sülh variantlarının müzakirəsi davamlı olacaq”

Amerikalı həmsədrdən növbəti açıqlama: “Sülh variantlarının müzakirəsi davamlı olacaq”

12 Mart 2014, 10:10

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların perspektivini şərh edib. Modern.az xəbər verir ki, amerikalı diplomat bu barədə özünün rəsmi twitter səhifəsində yazıb. C. Uorlik bildirib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Moskvada  aparılan müzakirələr Qarabağ probleminin sülh yolu ilə nizamlanmasını təsdiq edir. “Dialoq üçün sülh variantlarının müzakirəsi isə davam edəcək”.

Qeyd edək ki, ötən gün Ermənistan XİN rəhbəri E. Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.Bundan öncə isə Parisdə  Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyaraovla görüş olmuşdu. 

 

  Modern.az    
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir