Modern.az

Bu zəfər oyunçulara stimul verəcək - Qurban Qurbanov

Bu zəfər oyunçulara stimul verəcək - Qurban Qurbanov

İdman

17 Sentyabr 2025, 10:22

Bu cür qələbələr futbolumuz üçün önəmlidir.

Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində qazanılan 3:2 hesablı tarixə qələbəyə görə xoşbəxt olduğunu bildirib: "Futbolçularımla qürur duyuram. Bu zəfər oyunçulara stimul verəcək".

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi