Modern.az

Ukrayna Rusiyanın “can damarı”na zərbə vurdu

Ukrayna Rusiyanın “can damarı”na zərbə vurdu

Dünya

18 Sentyabr 2025, 14:08

Ukraynanın dron hücumları və ABŞ-ın sanksiyaları Kremlin iqtisadiyyatını çətin vəziyyətə salıb.

Modern.az-ın məlumatına görə, "Forbes yazır ki, Ukrayna Silahlı Qüvvələrinin son aylar həyata keçirdiyi zərbələr nəticəsində Rusiyanın neft emalı gücünün 17–21 faizi sıradan çıxıb. Dronlar hətta sərhəddən 1500 km uzaqda yerləşən obyektlərə çatıb, bu isə ölkə daxilində yanacaq böhranına səbəb olub.

Hudzon İnstitutunun eksperti Lyuk Koffi hesab edir ki, bu vəziyyət ABŞ administrasiyasına sanksiyaları Kiyevin “kinetik kampaniyası” ilə birləşdirmək və Kremlin iqtisadi xilas yolunu kəsmək imkanı verir:

“Rusiyanın neft ixracı onun iqtisadi "can damarı"nı təşkil edir. Prezident Trampın da diqqətini bu məsələyə yönəltməsi təsadüfi deyil.”

Qeyd edək ki, Rusiyada yanacaq qiymətləri təxminən 25 faiz bahalaşıb, xüsusilə uzaq regionlarda və işğal altındakı Krımda kəskin çatışmazlıq hiss olunur. Müdafiə sistemlərinin bir hissəsinin arxaya çəkilməsi isə cəbhə xəttində Rusiyanın mövqelərini zəiflədib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi