Modern.az

Ermənilər Krımın Rusiyaya birləşməsini tələb edir

Ermənilər Krımın Rusiyaya birləşməsini tələb edir

13 Mart 2014, 13:39

Krımdakı erməni icmasının milli şurası martın 16-da keçiriləcək referendumda yarımadanın Rusiyaya birləşdirilməsinin lehinə səs verəcəklər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu erməni icmasının sədri Vaqarşak Melkonyan bəyan edib. Onun sözlərinə görə, Krım Konstitusiyasında bütün idarəetmə orqanlarında təmsil olunmaq üçün Krım tatarları üçün 20 faiz hədd qarantiyası verilib: “Biz-ermənilər, bolqarlar, yunanlar və almanlar-bir assosiasiyada birləşən tələb edirik ki, həmin prinsiplər bizim üçün də nəzərdə tutulsun”.

Krım erməni icmasının rəhbəri onu da əlavə edib ki, milli şuranın iclası zamanı “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar abidənin qoyulması üçün təşkilat komitəsi də yaradılıb.

 

                       

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!