Modern.az

Lukaşenko Paşinyanla əl sıxdı

Lukaşenko Paşinyanla əl sıxdı

Dünya

25 Sentyabr 2025, 19:29

Sentyabrın 25-də Moskvada keçirilən Qlobal Atom Forumu çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında diqqətçəkən an yaşanıb. İki lider görüş zamanı bir-biriləri ilə əl sıxıblar.

Modern.az xəbər verir ki, görüntüləri Lukaşenkonun mətbuat xidmətinə yaxın olan “Pul Pervogo” teleqram kanalı yayımlayıb.

Fotolarda həmçinin Ermənistan Baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında söhbət əks olunub. Lukaşenko həmin görüşdə Paşinyanın yanında əyləşib.

Qeyd edək ki, son dövrlərdə rəsmi Minsk və İrəvan arasında münasibətlər gərgin idi. Bu ilin yanvarında Nikol Paşinyan açıq şəkildə bəyan etmişdi ki, onun Lukaşenko ilə dialoqu “bitmiş hesab olunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu