Modern.az

"Siyasi partiyalar və QHT-lərlə bağlı arxivlişdirmə işləri aparılmalıdır"

"Siyasi partiyalar və QHT-lərlə bağlı arxivlişdirmə işləri aparılmalıdır"

Parlament

31 May 2010, 13:26

Milli Məclisin mayın 31-də keçirilən iclasında çıxış edən millət vəkili Azay Quliyev arxiv işçilərinin sosial müdafiəsi ilə bağlı görülən işləri dəstəklədiyini bildirib. Bununla yanaşı, deputat arxivləşdirmə sahəsində bəzi vacib tədbirlərin də görülməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi QHT-lərə Dövlət Dəstəyi Şurasının araşdırması göstərir ki, çağdış dövrümüzün siyasi partiyaları və QHT-ləri ilə bağlı arxivlişdirmə işləri aparılmır. “Bir neçə ildən sonra araşdırma aparılsa, məlum olacaq ki, çağdaş dövrün heç bir siyasi mənzərəsi yoxdur”.

Millət vəkili təklif edib ki,  bununla bağlı müvafiq qurumlar müəyyən işlər görməlidirlər: “Bu məsələ ilə bağlı şirvanlı seçicilərdən mənə müraciət gəlib. Onlar qeyd ediblər ki, hazırda Şirvan Arxiv İdarəsi bərbad vəziyyətdədir. Müvafiq qurumlar bu problemi qeydə almalıdırlar. Həmin arxiv idarəsinin müasirləşməsi üçün əllərindən gələni etməlidir”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir