Modern.az

Bu qədər dərmanı ölkəyə qanunsuz keçirmək istədi - FOTOLAR

Bu qədər dərmanı ölkəyə qanunsuz keçirmək istədi - FOTOLAR

Ölkə

28 Sentyabr 2025, 12:12

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib.

 

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a məlumat verilib.

 

İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyədən ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.

 

Baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən, müxtəlif adda, ümumi sayı 44120 ədəd olan dərman vasitələri aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu