Modern.az

Naxçıvandan 60 manata Bakıya gəlir, 40 manat da taksiyə verir - Komitə sədri

Naxçıvandan 60 manata Bakıya gəlir, 40 manat da taksiyə verir - Komitə sədri

Parlament

30 Sentyabr 2025, 11:33

Hər bir cəmiyyətdə önəmli məsələlərdən biri ictimai nəqliyyat probleminin həllidir. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında komitə sədri Fazil Mustafa bildirib. 

F. Mustafa bildirib ki, bu yaxınlarda metro və avtobus qiymətlərinin artmasının səbəbləri, iqtisadi baxımdan müəyyən izahlarının olacağı gözlənilir:

“Amma imtiyazlı təbəqələrin - tələbələri, pensiyaçıların, əlillərin, Daun sindromlu uşaqların və bu təbəqədən olan digər insanların ictimai nəqliyyatdan müəyyən güzəştlərlə istifadəsi hələ də öz həllini tapmayıb. Bu yaxınlarda hava limanına taksilərin girişinin məhududlaşdırılmasına Ombudsman tərəfindən də reaksiya verildi. Təsəvvür edin, Naxçıvandan yoxsul bir insan 60 manat biletə pul verib Bakıya gəlir, sonra da 40 manat taksiyə verməlidir ki, şəhərə getsin. Biz ictimai nəqliyyatı vətəndaşlara xidmət edən modelə gətirməliyik” – deputat çıxışında qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!