Modern.az

Bu dövlət şirkətləri özəlləşdirilə bilər

Bu dövlət şirkətləri özəlləşdirilə bilər

Ölkə

30 Sentyabr 2025, 22:56

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Asiya İnkişaf Bankının bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə AZCON-un Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında paylaşım edib.

 

"AZCON Holding-ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələlərini müzakirə etdik. "Hökumət buludu", hava nəqliyyatı, metro, dəmir yolu və avtomobil nəqliyyatı kimi strateji sahələr üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu