Modern.az

Türkiyə İsraildəki səfirini geri çağırır

Türkiyə İsraildəki səfirini geri çağırır

31 May 2010, 16:50

Türkiyə İsraildəki səfiri Oğuz Çelikkolu geri çağırır. CNN Turk telekanalının məlumatına görə, Türkiyə Baş nazirinin köməkçisi Bülənt Arınc Ankarada mətbuat konfransında belə deyib.deyib.

Buna səbəb İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzza sektoruna yardım daşıyan beynəlxalq humanitar donanmaya hücumu və nəticədə 19 nəfərin həlak olmasıdır. Həlak olanlardan əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Türkiyənin dövlət naziri Bülənt Arınc deyib ki, rəsmi şəxslərin bəyanatlarına baxmayaraq, beynəlxalq gəmilərin göyərtəsində heç bir silah olmayıb.

"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxildir. Gəmilərin göyərtlərində Avropa və ərəb ölkələrindən olan təxminən 600 hüquq müdafiəçisi, eləcə də onlarla deputat olub. Aksiya İrlandiya, İsveç, Yunanıstan, Türkiyə, Əlcəzair və Küveytin hüquq müdafiəçiləri tərəfindən təşkil edilib. Onlar Qəzza sektoruna 10 min ton humanitar yardım, eləcə də dərmanlar və tikinti materialları çatdırmaq niyyətində olublar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!