Modern.az

III MDB Oyunlarında növbəti qızıl medal

III MDB Oyunlarında növbəti qızıl medal

İdman

3 Oktyabr 2025, 12:59

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Maqsud Mahsudov III MDB Oyunlarında qızıl medal qazanıb.

Modern.az xəbər verir ki, o, kişilərin fərdi yarışında 60.190 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Selcan Mahsudova qadınların fərdi yarışında bürünc medal qazanmışdı

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu