Modern.az saytı olaraq sizə insan orqanizminə lazım olan ən faydalı qidaları təqdim edirikə
Moruq qanartırıcı olmaqla bərabər, eyni zamanda qanı təmizləyir və bədəndə toplanan zəhərli maddələri bədəndən xaric edir. Moruq həm də insanı tərlədir və idrara yardımçı olur. Qəbizliyin aradan qaldırılmasında da moruq əvəzsiz rol oynayır və bədənə dinclik verir.
Sarımsağın istər çiy halda, istərsə də yağı mikroorqanizmlər üzərində antibiotik təsirə malikdir. O, antiviral, antiprotozon, antiparazit və antibakterial xüsusiyyətlərə malikdir. Bununla yanaşı, sarımsağın antiseptik funksiyası qrip, soyuqdəymə, səs batıqlığı, astma kimi xəstəliklərə, badamcıq vəzi, revmatizm və oynaq infeksiyalarına, öskürək və bronxitə çox faydası olduğu bildirilir. İnsan orqanizmində tərlətmə yaratdığına görə qızdırma salıcı təsirə də malikdir.
Brokoli yüksək miqdarda pəhriz lifi və tərkibində bir çox vitaminlər olan qida mənbəyidir. Eyni zamanda, görünüşü də miniatur bir ağacı xatırladır.
Pomidorun faydası birdən çoxdur. Pomidor xolestrolu tarazlıqda saxlayır, qan təzyiqini aşağı salır, yaşlanmağa qarşı mübarizə aparır, dərinizi mühafizə edir və nə qədər qəribə olsa da insanı sakitləşdirərək daha sağlam düşünməsini tənzimləyir.
Modern.az