Modern.az

Qaçqın və məcburi köçkün uşaqlar mükafatlandırılacaq

Qaçqın və məcburi köçkün uşaqlar mükafatlandırılacaq

31 May 2010, 18:13

“NUR” Uşaq və Gənclərin İctimai Birliyi “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bir qrup qaçqın və məcburi köçkün uşaqları nailiyyətlərinə görə mükafatlandıracaq. Fərqlənən uşaqların mükafatlandırılmasından başqa əlil uşaqlara hədiyyələr təqdim olunacaq. Tədbir 1 iyun 2010-cu il tarixdə keçiriləcək.

 

“Hər bir uşağın hüququ var!” Milli Kampaniyasına Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən başlanıb. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır