Modern.az

Yanğınlardan necə qorunmalı? - Mütəxəssis İZAH edir

Yanğınlardan necə qorunmalı? - Mütəxəssis İZAH edir

İqtisadiyyat

17 Mart 2014, 15:19

Son zamanlar baş verən yanğınların acı nəticələri bir daha sübut edir ki, buraxılan kiçik bir səhv, yanğın təhlükəsizliyi qaydalarına riayət etməmək istər insan həyatına, istərsə də onun sərvətinə böyük ziyanlar hesabına başa gəlir. Yanğın təhlükəsizliyi ilə bağlı ölkə vatəndaşlarının  maarifləndirilməsinin zəruriliyini və onlarda müasir yanğınsöndürmə avadanlıqları haqqında bilgilərin əldə edilməsinin vacibliyini nəzərə alaraq, Modern.az saytı  DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsi haqqında yazısı təqdim edir.

Ümumdünya Yanğın Statistikası  Mərkəzinin hesablamalarına görə 7 milyarda yaxın insanın yaşadığı 220 ölkədə hər il  orta hesabla 7-8 milyon yanğın hadisəsi qeydə alınır. Bu  yanğınlarda isə təxminən 75-80 min insan həlak olur, yanğınlar külli miqdarda maddi ziyanlarla nəticələnir.

Yanğınlarla əlaqədar aparılan statistika və təhlillər göstərir ki,  baş vermiş yanğınların genişlənməsinin başlıca səbəblərindən biri də yanğın baş verən yerdə ilkin yanğınsöndürmə vasitələrinin, avtomatik yanğınsöndürmə və xəbərverici sistemin olmamasıdır.  

Tailandın yanğınların aviomatik söndürülməsi sahəsində əldə etdiyi nailiyyətləri  məhz bu problemin həlli istiqamətində uğurlu addım saymaq olar. «Siam Safaty Premier So. LTD» şirkətinin  məhsulu olan «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsinin ixtirası dünyanın yanğın mütəxəssislərinin diqqətini cəlb edərək yanğınların avtomotik - insan müdaxiləsi olmadan söndürülməsi istiqamətində həyata keçirilən işlərdə inqilab kimi dəyərləndirilir.  Kürə şəkilli, həcminə görə uşaq topuna bənzəyən «Şar-1» avtomatik  yanğınsöndürmə vasitəsi yangın təhlükəsi riskinin  yüksək olduğu yerlərə qoyulur. Kiçik bir alışma, alov sözü gedən yanğınsöndürmə vasitəsinə  toxunarkən «Şar-1»  avtomotik yanğınsöndürmə vasitəsi    partlayır,  yanğın çox tez bir zamanda - 3-5 saniyə müddətində sönür. Bundan sonra həmin sahə təhlükəsiz olur və yeni alışma təhlükəsinin qarşısı alınır.

Avtomatik  yanğınsöndürmə sisteminin mövcud olmadığı  yerlərdə və yanğın baş verən yerə yaxınlaşmağın mümkün olmadığı hallarda  «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsini alovun mərkəzinə atmaqla onun dərhal sönməsinə nail olmaq mümkündür.

1 ədəd   «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsi  8.3 kub metr həcmli məkan üçün nəzərdə tutulur. 

«Şar-1» avtomotik yanğınsöndürmə vasitəsi   sözün həqiqi mənasında avtomatik yanğınsöndürmə cihazlarının istehsalı sahəsində inqilabi texnologiyadır. Klassik ilkin yanğınsöndürmə vasitələrindən fərqli olaraq  «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsi  alovla təmasda olan zamandan etibarən   heç bir mexaniki təsir olmadan hərəkətə gəlir və bununla da yangının söndürülməsində   daha keyfiyyətli və effekli nəticələr əldə olunur.  Belə ki, yanğınsöndürən şar alovla təmasda olduğu məddətdə 3 saniyə ərzində aktivləşir və yaranmış alovu söndürür.

«Şar-1» avtomotik yanğınsöndürmə vasitəsi  asan istifadə olunmaqla insanlara  yanğın zamanı çaxnaşma, təşviş  baş verdiyi  anlarda  gərgin bir vəziyyətdə düzgün qərarlar çıxarmaqda da yardımçı olur.     

 «Şar-1» aviomatik  yanğınsöndürmə vasitəsini yanğın zamanı tətbiq etmək üçün heç bir yaş məhdudiyyəti və xüsusi texniki təlimə  ehtiyac yoxdur.  Yanğın zamanı  «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsini top kimi alova atmaq kifayətdir və təhlükə törədə biləcək  halların qarşısını almaq üçün ehtiyat tədbirləri görmək zərurəti yoxdur. «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsinin yanğının söndürülməsinə tətbiqi zamanı baş verən partlayış zamanı ətraf mühitə heç bir zərər gətirmir.

«Şar-1» avtomatik  yanğınsöndürmə vasitəsi  həm də siqnalizasiya vasitəsidir. Belə ki, yanğın baş verən zaman  «Şar-1» avtomatik  yanğınsöndürmə vasitəsi  138 desibel səs gücü ilə partlamaqla ətrafdakı insanları yanğın haqqında məlumatlandırır. 

«Şar-1» aviomatik  yanğınsöndürmə vasitəsi 6 il müddətində istismara yararlıdır. Texniki qulluq nöqteyi-nəzərindən 6 il müddətində yenidən doldurulmasına və işlək vəziyyətdə olmasına nəzarət edilməsinə ehtiyac  yoxdur. Digər yanğınsöndürən avadanlıqlarla müqayisədə qiymətinin ucuzluğu ilə fərqlənən «Şar-1» avtomatik  yanğınsöndürmə vasitəsi bu xüsusiyyətlərinə görə də iqtisadi cəhətdən sərfəlidir.


Bütün bunlarla yanaşı «Şar-1» aviomatik  yanğınsöndürmə vasitəsinin  çəkisinin hazırda istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən 5-10 dəfə az olması (şarın  çəkisi 1,3 kq.-dır), 6 ildən sonra gübrə kimi istifadə etmək imkanı,  -50 dərəcə C-dən  +85 dərəcə C” temperatur diapazonunda istismar qabiliyyətini itirməməsi,  uşaqların, əqli məhdudiyyətləri olan insanların da istifadə edə bilməsi, 5000V gərginlik altında olan elektrik qurğularını söndürmək iqtidarında olması (digər bütün növ odsöndürənlərin 1000V qədər elektrik qurğuları söndürməsi mümkündür) ilə də diqqəti cəlb edəndir.

Hazırda Türkiyidə «Siam Safaty Premier So. LTD» şirkətinin    «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsini istehsal edən Yanğın  Güvənliyinə məxsus zavodu fəaliyyət göstərməkdədir.   

Ölkəmizdə də sözügedən modul odsöndürücülərin tətbiqi aktual və zəruridir. Xüsusilə 2015-ci ildə keçiriləcək olimpiya oyunları üçün inşa edilən və mövcud tikintilərdə insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi baxımından normativ tələbatlara uyğun məhz bu növ müasir odsöndürücülər məqsədəmüvafiqdir. Ümumən, bütün sosial təyinatlı obyektlərdə, kütləvi insan toplaşan məkanlarda, neft-kimya,  enerji sistemində, metropoliten, müdafiə sənayesi müəssisələrində,  partlayış-yanğın təhlükəli obyektlərdə  fərdi və ictimai nəqliyyat vasitələrində «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsi  yanğın təhlükəsizliyinin daha da etibarlı şəkildə təminatçısı ola bilər. Tək bir fakta diqqət yetirək: avtomobillərin intensiv hərəkət etdiyi yollarda avtomobilinizdə yanğın baş verərsə, «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsini top kimi alovun üzərinə atmaqla dəhşətli bir bəladan xilas ola bilərsiniz. «Şar-1» avtomotik yanğınsöndürmə vasitəsi və yaxud digər etibarlı ilkin yanğınsöndürmə vasitəsi yoxdursa, tıxaclı yolda yanğınsöndürənləri gözləməliyik. Dəqiqələr isə yetər ki, yanğın öz acı «sözünü desin»…

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır