Modern.az

Köçəryan parlament seçkilərinə gedir - AÇIQLADI

Köçəryan parlament seçkilərinə gedir - AÇIQLADI

Dünya

7 Oktyabr 2025, 13:16

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın komandası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə eks-prezident oktyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

Digər keçmiş liderlərin adından danışmaqdan imtina edən Köçəryan xatırladıb ki, onun 2021-ci il seçkilərində iştirakı nümayiş etdirdi ki, kütlələrin birləşdirilməsində müəyyən təsir gücü var. O, həmçinin vurğulayıb ki, yeni qüvvələrin meydana çıxmasını istərdi, onlarla əməkdaşlıq ölkədə vəziyyətin dəyişməsinə gətirib çıxaracaq.

“Mənim komandam 2026-cı il seçkilərində iştirak edəcək”, - deyə Robert Köçəryan söz verib.

Onun sözlərinə görə, 2021-ci il seçkilərində ictimai rəy və siyasi araşdırmalar göstərib  ki, Robert Köçəryanın özü kampaniyaya rəhbərlik edəndə səs qazanmaq şansı daha yüksəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!