Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi layihələrin dəyəri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.
Ömer Bolat deyib ki, Türkiyə şirkətləri Qarabağın bərpası ilə bağlı 5 milyard dollarlıq layihələr həyata keçirirlər. (Söhbət Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələrdə podratçı kimi iştirakından gedir-red.)