Modern.az

Yarmarkalarda qiymətlər “od tutub yanır” - REPORTAJ

Yarmarkalarda qiymətlər “od tutub yanır” - REPORTAJ

18 Mart 2014, 11:40


Bayram süfrəsini hazırlamaq üçün mütləq yolunuz bazardan düşəcək. Havaların isinməsinə baxmayaraq, bahalaşan bazar qiymətləri bədəninizə üşütmə salmasın deyə, Modern.az  saytının əməkdaşı Yeni Günəşli qəsəbəsində təşkil olunan yarmarkadakı qiymətləri sizə təqdim edir:

Alma - 80 qəpik - 2 manat
Armud – 2 manat 50 qəpik
Nar - 2 manat
Üzüm - 2 manat
Portağal - 1 manat 50 qəpik
Naringi – 1 manat 20 qəpik
Banan - 2 manat 20 qəpik
Ananas - 4 manat
Qoz qabıqlı 3 – 4 manat
Qoz (ləpə) 7 - 11 manat
Fındıq (qabıqlı) - 3 manat
Fındıq (ləpə) 6 -7manat 50 qəpik
Şabalıd - 5 manat
Kişmiş - 3 - 15 manat
Ərik qurusu - 6 - 9 manat
Alça qurusu - 5 manat
Nar - 2 manat
Xiyar - 2 - 3 manat 70 qəpik
Pomidor - 2 - 3 manat
İnnab - 3 manat
İydə - 3 manat
Kartof - 80 qəpik - 1 manat 20 qəpik
Soğan 50 - 60 qəpik
Yumurta - 10 qəpik
Dana əti - 7 manat
Qoyun əti - 9 manat
Diri toyuq - 5 manat

Qeyd edək ki, prezident İlham Əliyev kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 2014-cü il yanvarın 16-da 221 nömrəli sərəncam imzalayib. 

Sərəncamın 1.4 bəndində Kənd Təsərrüfatı Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satışbazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkili tapşırılıb. Belə ki, Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi martın 15-19-da Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək. Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq.

Yarmarkalar bu ünvanlarda keçirilir:

Bakı şəhəri, Xətai rayonu:
- Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda.

Bakı şəhəri, Yasamal rayonu:
- Akim Abbasov küçəsi, İran klinikasının yanı.

Bakı şəhəri, Nərimanov rayonu:
- “Gənclik” metrosu, stadionun yanı.

Bakı şəhəri, Binəqədi rayonu:
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti.

Bakı şəhəri, Suraxanı rayonu:
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı.

Bakı şəhəri, Nəsimi rayonu:
- “Təzə bazar”ın ərazisi.

Bakı şəhəri, Səbail rayonu:
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.










Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi