Modern.az

Azərbaycan media təmsilçiləri Türkiyəyə gedir

Azərbaycan media təmsilçiləri Türkiyəyə gedir

18 Mart 2014, 17:30

Əskişəhrdə “Türk Dünyası Qəzetçilər Şurası” toplanacaq

“Əskişəhr Türk Dünyası Mədəniyyət Paytaxtı” tədbirləri çərçivəsində Türk Dünyası media təmsilçiləri 19-23 mart tarixləri arasında bu şəhərdə toplanacaq.

Toplantının təşkilatçılarından olan Dünya Qəzetçilər Federasiyasının icraçı katibi, İraq Türkmən Mətbuat Şurasının rəhbəri Şəmsəddin Kuzəçi Modern.az saytına bildirib ki, toplantının məqsədi dünyadakı türksoylu jurnalistlərin səylərini birləşdirmək, ortaq informasiya siyasəti yürütmək imkanları müzakirə etməkdir. Toplantıya Türk dünyasının muxtəlif yerlərindən 350-dək media nümayəndəsinin qatılacağı gözlənilir.

Azərbaycandan isə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, CASCFEN sədri Azər Həsrət, jurnalistlər Aida Eyvazlı və Əfsanə Ələsgərlidən ibarət heyət tədbirlərdə  iştirak edəcək.


Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi