Modern.az

Türkiyə polisi məşhur narkobaronu həbs edib

Türkiyə polisi məşhur narkobaronu həbs edib

Dünya

11 Oktyabr 2025, 17:12

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Don Vito təxəllüsü ilə tanınan narkobaron Abdulla Ayp Üstün və onun cinayətkar qrupunun maliyyə əməliyyatlarına cavabdeh olan Həsən Laləni həbs ediblər.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində yazıb.

Don Vitonun “CHROOKE” adlı cinayətkar qruplaşmaya rəhbərlik etdiyi, Həsən Lalənin isə həmin qrupun maliyyə işləri ilə məşğul olduğu açıqlanıb. Hər iki şəxs İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!